image-43backend

Bloomberg: Tramp kriptovalyutanı ABŞ-ın milli prioriteti elan etmək istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra kriptovalyutanı ölkənin milli prioriteti elan edən fərman vermək istəyir.

Elchi.az bu barədə “Bloomberg”-ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, siyasətçi bu sahədə dövlət siyasətini formalaşdıracaq kriptovalyuta üzrə məsləhət şurası yaratmaq niyyətindədir.

Mənbə deyir ki, fərman bütün dövlət idarələrinə rəqəmsal valyuta ilə bağlı siyasətlərini nəzərdən keçirmək üçün bir direktiv daxil edə bilər. Bundan əlavə, gələcəkdə kriptovalyuta ilə bağlı məhkəmə çəkişmələri, xüsusən də Binance birjasına qarşı iddia qaldırıla bilər.

Tramp həmçinin milli kriptovalyuta ehtiyatı yaratmağı düşünür. Dekabrın ortalarında bitkoinin qiyməti növbəti dəfə tarixi rekordunu yeniləyərək 107 min dolları keçib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki