ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Ukrayna lideri Volodimir Zelenski ilə fikir ayrılıqları olub , lakin onlar bunu gizli saxlayıblar.
Elchi.az xəbər verir ki, bu sirri CNBC telekanalına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinken açıqlayıb.
” Ukraynalı dostlarımızla , o cümlədən Zelenski ilə hər hansı fikir ayrılığımız olubmu? Əlbəttə. Biz bunu baş verəndə ictimaiyyətə göstərmişikmi? “Xeyr” – deyib.
Bundan əvvəl Dövlət Departamentinin keçmiş rəhbəri bildirmişdi ki, prezident Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyasının idxala nəzarəti gücləndirmək siyasəti ölkəni təcrid vəziyyətinə salır. Onun sözlərinə görə, Tramp ABŞ-ı tənhalığa aparır.
Nuranə Məmmədova