“Biz Ermənistana kömək edəcəyik”- Alp.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib
“Rusiya Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistandan vasitəçilik tələbi alıb və belə yardım göstərməyə hazırdır.”- Zaxarova qeyd edib.
“Bəli rəsmi İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bizə müraciət edib. Rusiya, bildiyiniz kimi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır və səy göstərir. Biz Ermənistana bu işlərdə kömək edəcəyik. ”, – Zaxarova bildirib.