Yarımfinal matçı mübahisəli idi.
Bunu Elchi.az – a açıqlamasında Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanan “Birbaşa Bakı”nın baş məşqçisi Dan Marius Mitu deyib.
Mütəxəssis oyun ərzində bir neçə qol şanslarını əldən verdiklərini söyləyib:
“40 dəqiqə ərzində üstün oyun nümayiş etdirdik, lakin bəzi şanslarımızı əldən verdik. Qrupumuzdan yarımfinala 3 komanda çıxıb. Bu da o deməkdir ki, çox çətin qrupa düşmüşdük”.
Rumıniyalı məşqçi finalda qarşılaşacaqları “Brno” kollektivi (Çexiya) ilə oyundan əvvəl şanları dəyərləndirib:
“Final qalib gəlməli olduğumuz başqa bir oyundur. Şansları 50-nin 50-yə dəyərləndirirəm”.
Qeyd edək ki, yarımfinalda Ukrayna təmsilçisi “Andezit”i penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən “Birbaşa Bakı” finalda Çexiyanın “Brno” kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.