image-ead573ef-b18c-386b-8ea3-67d33cbeefca_850backend

Belçikanın yeni hökuməti and içib

Sağçı radikal “Yeni Flamand Alyansı” partiyasının lideri, Baş nazir Bart De Veverin rəhbərlik etdiyi Belçikanın yeni hökuməti and içib.

Elchi.az xarici KİV-lərə istinadən xəbər verir ki, De Veverlə birlikdə Belçikanın yeni Nazirlər Kabinetinin 14 üzvü də and içib.

Belçikada 2024-cü ilin yayında parlament seçkiləri keçiriləndən bəri hakim koalisiyanın və yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlarda kompromisə nail oluna bilmirdi. Danışıqlar masasında ən çətin mövzu “sosial-iqtisadi paket” olub.

Tərəflər müdafiə, miqrasiya və sığınacaq, iqlim və səhiyyə kimi məsələlərdə razılığa gəliblər.

Bart De Veverin rəhbərlik etdiyi “Yeni Flamand Alyansı” partiyası 2024-cü il iyunun 4-də keçirilən ümumi seçkilərdə qalib gəlib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki