image-polis-din-2backend

Bakıda qəza: polis işçisi öldü

Bakının Səbail rayonunda, Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Elchi.az-a bildirilib ki, “Daevoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.
“Ona göstərilən tibbi yardıma baxmayaraq, həyatını itirib”, – məlumatda vurğulanıb.
Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki