image-21686f44-c5a1-3e46-8892-f9e0e63e65a6_850backend

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor UEFA-dan təyinat alıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Elchi.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Türkiyə – Latviya oyununda hakimlərin işinə qiymət verəcək.

A qrupunun matçı oktyabrın 11-də İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki