image-3509cb5b-59a6-3952-a0aa-4688f96494f9_850backend

Azərbaycan millisi dünya çempionatındakı ilk matçında məğlub olub

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində ilk matçında məğlub olub.

Elchi.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv Serbiyanın U-23 yığması ilə qarşılaşıb.

Görüş Serbiya komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində yeganə qolu 11-ci dəqiqədə Ziya Məmmədli rəqib qapısından keçirib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da Çexiya yığmaları ilə üz-üzə gələcək.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki