image-1f930666-9068-317c-8138-448b0d2de399_850backend

Azərbaycan Basketbol Liqası: III turun son görüşləri bu gün keçiriləcək

Azərbaycan Basketbol Liqasının III turunun son görüşləri bu gün keçiriləcək.

Elchi.az-ın n məlumatına görə, əvvəlcə “Şəki” “Sumqayıt”la üz-üzə gələcək.

Şəki Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

“Sabah” isə “Abşeron”la münasibətlərə aydınlıq gətirəcək. Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək matç saat 16:00-da başlayacaq.

Qeyd edək ki, əvvəlki oyunlarda “Naxçıvan” “Sərhədçi”ni (83:66), NTD “Neftçi”ni (66:63) məğlub edib. “Gəncə” “Ordu”dan üstün olub – 82:61. “Lənkəran” isə “Quba” üzərində qələbə qazanıb – 86:81.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki