image-a4699fb4-8040-3dcc-9b8a-208bf81c96c8_850-1backend

Avropa birinciliyi: Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazanıb

Azərbaycan atleti Polşada keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.

Elchi.az  xəbər verir ki, Ravin Alməmmədov (81 kq) birdənqaldırmada 151 kq-ı ram edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, təkanla qaldırmada isə 187 kq-ın öhtəsindən gəlib və nəticədə gümüş medal əldə edib.

R.Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada gümüş medalı hesabına yazdırıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki