image-f0adfadd-4a3a-3613-bae9-af41d1d5fd72_850backend

Astanada keçirilən Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasının plenar iclası başa çatıb

Astanada Qazaxıstan Xalqları Assambleyasının (QXA) XXXIV sessiyasının plenar iclası başa çatıb.

Elchi.az  Reporta istinadən xəbər verir ki, “Birlik və həmrəylik naminə 30 il” adlı sessiyada parlament deputatları, ölkənin bütün bölgələrindən QXA-nın üzvləri, etnomədəni birliklərin rəhbərləri, dövlət qurumlarının, diplomatik korpusun, dini və ictimai təşkilatların nümayəndələri, həmçinin tanınmış alimlər və mədəniyyət xadimləri daxil olmaqla 1600-dən çox insan iştirak edib.

Tədbir Qazaxıstan Xalqları Assambleyasının etnik qruplar arasında həmrəyliyin, ictimai sabitliyin və ölkə birliyinin qorunmasına töhfə verən bir qurum kimi əsas rolunu vurğulayıb.

“Kelet” SC-nin prezidenti, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, Almatı şəhəri Sənayeçilər və Sahibkarlar İttifaqının vitse-prezidenti Aleksandr Papp öz çıxışında fəhlə peşəsinin nüfuzunun artırılması istiqamətində işlərin aktivləşdirilməsini təklif edib.

Onun sözlərinə görə, 30 il ərzində QXA-nın könüllüləri və xeyriyyəçiləri onlarla xeyirxah təşəbbüs həyata keçiriblər: “Yubiley ilində biz “Mərhəmət karvanı. Ürəkdən ürəyə” layihəsi vasitəsilə ənənələri davam etdiririk”.

Assambleyanın 30 illik yubileyinin qeyd olunması çərçivəsində bir qrup vətəndaş xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələrinə görə Qazaxıstan Prezidenti tərəfindən mükafatlarla təltif edilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki