image-1732706230_owl_detail_620_5c82a2651799436f6c6e8d00454c5202backend

Apple qırmızı qacetləri buraxmaqdan imtina etdi

Apple smartfon və digər qırmızı cihazların istehsalını demək olar ki, dayandırıb.

Elchi.az bu barədə MacRumors-a istinadən xəbər verir.

2006-cı ildən bəri Apple (RED) brendi ilə əməkdaşlıq edir və bəzi qadcetlərini qırmızı rəngdə buraxır. Şirkət bu cihazların satışından əldə olunan gəlirin bir hissəsini QİÇS-lə Mübarizə üzrə Qlobal Fonda bağışlayır. Jurnalistlər qeyd ediblər ki, İT nəhəngi bu cür məhsulların satışından demək olar ki, tamamilə imtina edib.

Media müəllifləri “Apple-ın qırmızı (RED) rəngdə satdığı yeganə yeni cihaz iPhone SE 3-dür” dedi. Qırmızı iPhone 14 və bir neçə qutu da şirkətin saytında mövcuddur. Lakin Apple bu rəngdə heç bir iPhone 15 və ya iPhone 16 modelini təqdim etməyib. Materialda həmçinin bildirilir ki, şirkətin xəttinə qırmızı rəngdə olan Beats qulaqlıqları daxildir. Bununla belə, onlar digər marketinq adlarından istifadə edirlər – Statement Red və Transparent Red.

“Bu o deməkdirmi ki, Apple (RED) brendini tədricən ləğv edir? Bunu dəqiq söyləmək çətindir”, – deyə jurnalistlər yekunlaşdırıblar. Bununla belə, onlar qeyd ediblər ki, “Apple” “Apple Pay” proqramı vasitəsilə QİÇS-lə Mübarizə Qlobal Fonduna dəstəyini davam etdirir. Bundan əvvəl Bloomberg qeyd etmişdi ki, Apple AirPods Max-ı yeniləməyəcək. Şirkət 2019-cu ildə qiyməti 549 dollar olan ən bahalı qulaqlıqlarını təqdim etdi.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki