image-05645473-c5cc-315e-8766-554272e8ddad_850backend

Aİ İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərə qarşı sanksiyaları davam etdirəcək

Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərə qarşı sanksiyaları davam etdirəcək.

Elchi.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Aİ diplomatiyasının rəhbəri Kay Kallasın nümayəndəsi Anuar əl-Anuni bildirib.

“Aİ Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərin zorakılıqdan istifadəsini qətiyyətlə pisləyir”, – deyə o, ABŞ Prezidenti Donald Trampın Amerikada analoji sanksiyaları ləğv etməsindən sonra Aİ-nin də bu cür addım atmaq perspektivləri ilə bağlı suala cavab verərkən söyləyib.

“ABŞ-nin sanksiya siyasəti onların müstəsna hüququdur”, – əl-Anuni deyib.

Aİ-yə gəlincə, o xatırladıb ki, Avropa Şurası İsrailin mülki şəxslərə hücumlara görə məsuliyyət daşıyanların əməllərinə görə cavab verməsi ilə mülki vətəndaşları müdafiə etmək borcunun olduğunu dəfələrlə təkrarlayıb.

Əl-Anuni əlavə edib ki, artıq görülən tədbirlərdən başqa, Aİ Şurasında məskunlaşdırılan tərəfindən “zorakılıq” hallarının aradan qaldırılması üçün yeni təkliflər öyrənilir.

Xavər
image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki