image-trump-welcomes-rajoy-of-spainbackend

ABŞ Trampın üzü olan əskinasın dövriyyəyə buraxılmasını təklif edib

Cənubi Karolinadan olan amerikalı konqresmen Co Vilson ştatların hazırkı başçısı Donald Trampın təsviri olan əskinasın dövriyyəyə buraxılması üçün qanun layihəsi hazırladığını elan edib.

Elchi.az xəbər verir ki, Trampın üzünün 250 dollarlıq əskinaslarda görünməsi planlaşdırılır.

Uilson sosial mediada X-də yazıb: “Mən Oyma və Çap Bürosuna Donald Trampın təsviri olan əskinasın yaradılmasına yönəlmiş qanunvericiliyin işlənib hazırlanmasını minnətdarlıqla elan edirəm”.

Siyasətçi qeyd edib ki, əskinasın buraxılması ona görə zəruridir ki, “bidenflyasiya” Amerika iqtisadiyyatını məhv edib, vətəndaşları özləri ilə daha çox nağd pul aparmağa məcbur edib.

Eyni zamanda, New York Post konqresmenin ideyasının Amerika valyutasında canlı insanların portretlərinin çapını qadağan edən 1866-cı il qanununa zidd olduğuna diqqət çəkib.

ABŞ 1969-cu ildən bəri 100 dollardan çox nominallı əskinasları çap etməyib.

Trampın mətbuat katibi Caroline Leavitt daha əvvəl ölkədəki inflyasiya böhranında ABŞ-ın əvvəlki prezidenti Co Baydenin komandasını günahlandırmışdı. Onun sözlərinə görə, Bayden administrasiyası külli miqdarda büdcə pulunu səmərəsiz xərcləyib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki