Müvafiq memorandumun surətini əldə edən mühafizəkar “Washington Free Beacon” portalının məlumatına görə, Dövlət Departamenti ölkə daxilində və xaricdəki nümayəndəliklərində ABŞ dövlət bayrağından başqa hər hansı bayrağın nümayişini qadağan edib.
Elchi.az bu barədə Reuters-ə istinadən xəbər verir.
“Bu gündən etibarən həm ölkə daxilində, həm də xaricdəki Amerika qurumlarında yalnız Amerika Birləşmiş Ştatlarının bayrağı dalğalana və ya nümayiş etdirilə və ABŞ hökumətinin materiallarında istifadə oluna bilər”, – portal sənədin bir hissəsindən sitat gətirir.
Qeyd olunub ki, Dövlət Departamentinin bu əmri pozan hər hansı əməkdaşı “əmək müqaviləsinə xitam və müqaviləyə xitam verilməsi daxil olmaqla, intizam tənbehləri”nə məruz qalacaq.
İnauqurasiyadan sonra ABŞ prezidenti Donald Tramp bir sıra fərmanlar imzaladı, o cümlədən federal agentliklərdə hər cür inklüziv və müxtəliflik proqramlarını bağlamaq, habelə ABŞ-da yalnız iki cinsin: kişi və qadının tanınması.
Yeganə