image-20241225_1737231backend

İmişlidə istixanada yanğın: ölən var – Foto

18:25
İmişli rayonunda tərəvəz istixanasında yanğın başlayıb.
Elchi.az xəbər verir ki, yanğın saat 16 radələrində başlayıb. Araz çayının kənarında yerləşən istixanada başlayan alov anidən güclənib.
Dərhal hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün tədbirlər görülür.
***
İmişli rayonunda tərəvəz istixanasında baş verən yanğın söndürülüb.
Əraziyə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnikaları və canlı qüvvəsi, Təcili Təxirə Salınmaz Tibbi Yardım heyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı bir nəfərin öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki