Gürcüstanda prezident seçkiləri gələn ilin yanvarında keçirilə bilər.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze bildirib.
O, Gürcüstanda parlament seçkilərinin nəticələrinin yaxın vaxtlarda açıqlanacağını vurğulayıb. Onuncu gün Nazirlər Kabinetinin iclasının keçirilməsi planlaşdırılır. “Sonra çox yaxında – ehtimal ki, yanvarın əvvəlində – prezident seçkiləri keçiriləcək”, – Kobaxidze bildirib.
Gürcüstanda parlament seçkiləri bu il oktyabrın 26-da keçirilib. “Gürcü Arzusu” partiyası 53,94% səs toplayaraq parlamentdə 89 yer tutaraq qalib gəlib. Seçkilərin nəticələrinin açıqlanmasından sonra Gürcüstan müxalifəti səsvermənin nəticələrini qəbul etməyəcəyini bəyan edən hazırkı dövlət başçısı Salome Zarabişvili ilə birlikdə etiraz aksiyasına çıxıb.
Yeganə