image-alisveris-2203851_1backend

2 ayda onlayn alış-verişdə 1,2 trilyon dollar

ABŞ-ın bir proqram şirkəti qeyd etdi ki, bayram pərakəndə satışları dünya üzrə rekord səviyyəyə – 1,2 trilyon dollara, ABŞ-da isə 282 milyard dollara çatıb.
Elchi.az xəbər verir ki, Salesforce, 1,5 milyard alış və 1,6 trilyon səhifə baxışının təhlili əsasında 1 noyabr – 31 dekabr 2024-cü il dövrünü əhatə edən bayram mövsümü məlumatlarını açıqladı.
Mövzu ilə bağlı şirkət tərəfindən edilən açıqlamada onlayn satışların yeni zirvələrə çatdığı, bayram mövsümündə dünya səviyyəsində pərakəndə satışların yüzdə 3 artaraq 1,2 trilyon dollara çatdığı ifadə edildi.
Açıqlamada, bu dövrdə ABŞ-da satışların 4 faiz artaraq 282 milyard dollara çatdığı, Avropa Birliyində isə 1 faiz artımın qeydə alındığı bildirilib.
Açıqlamada vurğulanıb ki, bayram alış-veriş mövsümünün gözləniləndən daha yaxşı keçməsi, istehlakçı xərclərinin artması ilə yanaşı, mobil və sosial media ticarətindəki artımla da dəstəklənib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki