İstanbulda baş verən zəlzələlərdən sonra prezident Ərdoğan bu açıqlama ilə çıxış edib: “Vətəndaşlarımıza şəfa diləyirəm, hadisələri yaxından izləyirik”.
Elchi.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Milli Təhsil Naziri Yusuf Təkini və övladlarını Prezident Külliyesində qəbul etdiyi proqramda İstanbulda baş verən ardıcıl zəlzələlərdən xəbər tutub.
Ətrafındakılardan zəlzələlərlə bağlı məlumat alan Ərdoğan proqramı izləyən mətbuat mənsublarına “Vətəndaşlarımıza tez şəfa diləyirəm, hadisələri yaxından izləyirik” deyib.
Nuranə Məmmədova