“Regionda sabitliyin olacağı inandırıcı deyil” -bu fikirləri Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Alp.az xəbər verir ki, Xosrov Arutyunyan bildirib ki, Ermənistan müharibəyə hazırlaşmalıdır.
“Müharibədən sonra Ermənistan böyük ərazilər itirib. Faciə ondadır ki, hazırkı hakimiyyət ucbatından dövlətimizi, ərazi bütövlüyümüzü və dövlətçiliyimizi itirmək kimi ciddi təhlükələrimiz var”, – deyə Arutyunyan bildirib.
“İlham Əliyev “Zəngəzur dəhlizi” dedikdə isə bütövlükdə Zəngəzuru nəzərdə tutur. Hesab edirəm ki, İlham Əliyevin dediyini edən lider kimi buna nail olacaq. Biz təcili adekvat tədbirlər görməsək çox şeylər itirəcəyik”- deyə Xosrov Arutyunyan bildirib.