Ermənistan və ABŞ nümayəndələri strateji tərəfdaşlıq sənədinin müzakirəsi üçün görüş hazırlayırlar.
Elchi.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib.
“Biz strateji dialoqun səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa razılaşdıq. Müvafiq sənədlər müzakirə olunur”, – o vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan və ABŞ rəsmiləri arasında görüş planlaşdırılır və nəticələr barədə məlumat veriləcək.
Xavər