image-473341243_909835517984611_2007418760636293535_nbackend

 Valeh Qocanın yeni kitabının təqdimatı keçirildi

Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, yeni nəsil yazarlar arasında seçilən imzalardan olan Valeh Qocanın yeni çap olunmuş “Yarımçıq şəkil” adlı şeirlər kitabının təqdimatı keçirilib. DGTYB-nin təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış ədəbiyyat-mədəniyyət nümayəndələri, yeni nəsil yazarlar, mətbuat nümayəndələri, oxucular iştirak ediblər.

Elchi.az xəbər verir ki, Moderatorluğunu Turanə Şıxəliyevnın etdiyi tədbirdə Milli Məclisin eksperti Əkbər Qoşalı, yazıçı Seyran Səxavət, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şair, şəhid atası Kamil Vəfadar, tanınmış alim İlham Məmmədli, şair Əyyub Cabbarov, BDU-nun Kitabxanaçılıq fakültəsinin dekanı Ələmdar Cabbarlı,Azərnəşrin direktoru Əlövsət Ağalarov, Türküstan qəzetinin baş redaktoru Aqil Camal, DGTYB başqanı İntiqam Yaşar, Subyekt.az saytının baş redaktoru Rövşən Hüseynov, şair Mənsur Həsənzadə,Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, qiraətçilər Ayna Səs, Zöhrə Xəlili və s. çıxş edərək müəllif haqqında fikirlərini bölüşüblər. Sonda müəllif şeirlərini səsləndirib, oxucular üçün kitablar imzalayıb.
image-473356127_909904657977697_4747677932242187797_nimage-473269255_909904467977716_3459364961275195095_n image-474077618_909904971310999_3643479615749651452_n

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki