“Ermənistan” fraksiyasından olan deputat, “Dirçələn Ermənistan” partiyasının sədri Vahe Akopyan sensasion açıqlama verib. Alp.az erməni mediasına istinadən xəbər verir ki, Vahe Akopyan hesab edir ki, sərhədlərin müəyyən edilməsi: demarkasiya və delimitasiya prosesində baş nazir Nikol Paşinyanın verdiyi sözə inanmaq olmaz.
“Paşinyan qeyri-ciddi adamdır. Onun dediklərinə inanmaq olmaz. Onun Azərbaycanla danışıqlarına da etibar etmək olmaz. Çünki Paşinyan axşam verdiyi sözü danan bir şəxsdir. Mən hesab edirəm ki, Azərbaycan prezidenti də onun verdiyi sözə əməl etməyəcəyinə əmindir. Məhz bu səbəbdən İlham Əliyev Hadrutda hərbi hissənin açılışı zamanı Paşinyana və onun tərəfdarlarına bir daha sözünü dedi. Yəni Azərbaycan lideri bizi ağıllı olmağa cağırdı”- deyə Vahe Akopyan bildirib.
Vahe Akopyan hesab edir ki, Ermənistan danışıqları pozsa və yaxud hər hansı bir təxribat törətsə Azərbaycan yenidən əməliyyata başlayacaq.
“Hesab edirəm ki, Azərbaycan da Nikol Paşinyana güvənmir” -deyə Vahe Akopyan bildirib.