image-gazze-34backend

ÜST: İordan çayının qərb sahilində baş verənlərdən son dərəcə narahatıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin nümayəndəsi Riçard Piperkorn İsrail ordusunun son zamanlar hücumlarını artırdığı İordan çayının qərb sahilindəki hadisələrdən son dərəcə narahat olduqlarını bildirib.
Elchi.az xəbər verir ki, Riçard Piperkorn bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında bildirib.
İordan çayının qərb sahilində baş verən hadisələrdən son dərəcə narahat olduqlarını qeyd edən Piperkorn , hücumların sağlamlığa əhəmiyyətli təsir göstərdiyini bildirib.
2025-ci ildə İordan çayının qərb sahilində təşkil edilən hücumlarda 82 fələstinlinin öldürüldüyünü qeyd edən Piperkorn, 2023-cü ildən bu yana İordan çayının qərb sahilində səhiyyə sisteminə edilən hücumların əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.
2023-cü ilin oktyabr ayından bu yana səhiyyə sisteminə 737 hücumun qeydə alındığını xatırladan Piperkorn, yanvar ayında İordan çayının qərb sahilində 44 sağlamlıq hücumunun sənədləşdirildiyini, bunun da 40 min insanın didərgin düşməsi mənasına gəldiyini bildirib.
ÜST -nin buradakı dəstək fəaliyyətlərinin davam etdiyinə diqqət çəkən Riçard Piperkorn, bölgədə travma baxımı proqramı kimi sağlamlıq dəstəyi fəaliyyətlərinin olduğunu qeyd etdi.
İsrailin İordan çayının qərb sahilinə hücumu
Bazar günü, yanvarın 19-da Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimal hissəsindəki Cenin şəhərinə çərşənbə axşamı, yanvarın 21-də “Dəmir divar” adlı hücuma başlayıb.
O vaxtdan bəri İsrail ordusunun hücumları nəticəsində ən azı 56 fələstinli həlak olub, minlərlə insan yaralanıb, ərazidəki strukturlar və infrastruktur geniş şəkildə dağıdılıb.
2023-cü il oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 167-si uşaq olmaqla 920-dən çox fələstinli həyatını itirib, 7000-ə yaxın insan isə yaralanıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki