image-19-format2020backend

Ukrayna üçün ilk addımı Norveç atır

Norveç hökuməti Ukraynaya maliyyə dəstəyini artırmaq üçün parlamentə müraciət edəcək.
Elchi.az xəbər verir ki, Norveçin ictimai yayımı NRK-nın verdiyi xəbərə görə, Norveçin baş naziri Jonas Gahr Stoere Ukraynaya maliyyə dəstəyini artırmaq üçün hərəkətə keçəcək.
“Bu gün deyə bilərəm ki, biz parlamentə yaxın gələcəkdə dəstəyin artırılması təklifi ilə müraciət edəcəyik”, – Stoere bildirib.
Ötən ilin sonunda Norveç parlamenti 2025-ci ilə qədər Ukraynaya hərbi və mülki dəstək üçün ümumilikdə 3,12 milyard dollar, 2023-cü ildən 2030-cu ilə qədər isə ümumilikdə 155 milyard kron xərcləməyə razılaşıb.
Stoere bazar günü Avropa liderləri ilə birlikdə Zelenski ilə görüşməlidir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki