image-ukrayna-luhansk-bolgesinde-bir-petrol-deposunu-vurduk-lswwbackend

Ukrayna: Luqansk vilayətindəki neft anbarını vurduq

Bildirilib ki, Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Luqansk vilayətində Rusiya ordusuna xidmət edən neft bazasına hücum edib.
Elchi.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından verilən yazılı açıqlamada, Luqansk vilayətinin Rovenki şəhəri yaxınlığındakı neft anbarına hücum təşkil etdikləri bildirilib.
Açıqlamada gecə saatlarında hədəf alınan anbarın Rusiya ordusunun yanacaq ehtiyacını qarşıladığı qeyd edilib.
Digər tərəfdən, Ukraynanın Xarkov vilayətinin polis idarəsinin Telegram hesabından verilən açıqlamaya görə, Rusiya ordusu Kupyansk şəhərinə hücum edib. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Zaporojye vilayətinin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov da öz Telegram kanalında açıqlama verərək, Rusiya ordusunun Zaporojyada həyata keçirdiyi hücumlarda 3 nəfərin yaralandığını bildirib.
Kiyev meri Vitali Kliçko Telegram hesabında verdiyi açıqlamada gecə saatlarında paytaxt Kiyevə edilən hücuma qarşı hava hücumundan müdafiə sistemlərinin işlədiyini və şəhərdə partlayış səslərinin eşidildiyini qeyd edib.
Ukrayna Ordusu Hərbi Hava Qüvvələrinin Telegram hesabından verilən açıqlamaya görə, Rusiya ordusunun gecə saatlarında Ukraynanın bəzi bölgələrinə atdığı 28 pilotsuz uçuş aparatından (PUA) 24-ü hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki