Türkiyə ordusu PKK/YPG terror qruplaşmasının daha 9 silahlısını məhv edib.
Alp.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında paylaşım edilib.
“Üçü Pəncə-Qaplan, ikisi Barış Pınarı və dördü Zeytun budağı bölgələrində olmaqla ümumilikdə PKK/YPG-nin 9 terrorçusu zərərsizləşdirilib. Mehmetciyin nəfəsi terrorçuların boynundadır”, – nazirliyin yaydığı məlumatda bildirilib.