image-abd-baskaninin-oglu-donald-trump-jr-italyada-yasa-disi-ava-katilmakla-suclaniyorbackend

Trampın oğlu İtaliyada qeyri-qanuni ovda iştirak etməkdə ittiham olunur

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp 2024-cü ilin dekabrında İtaliyanın şimal-şərqindəki Veneto bölgəsində qeyri-qanuni ovçuluq təşkilatında iştirakda və nadir ördək növünü vurmaqda ittiham olunub.
Elchi.az  xəbər verir ki, Kiçik Donald Tramp tərəfindən qurulan “Field Ethos” platforması ötən ilin dekabrında Veneto bölgəsində iştirak etdiyi ov hadisəsinin görüntülərini dərc etdikdən sonra İtaliyada reaksiyalara səbəb olub.
Yaşıl Avropa Partiyasının Veneto regional şurasının üzvü Andrea Zanoni ANSA xəbər agentliyinə bildirib ki, o, ABŞ prezidentinin oğluna qarşı qorunan ördək növünü vurduğuna görə İtaliya Jandarma İdarəsinə (Karabinieri) cinayət işi qaldırıb.
Zanoni qeyd edib ki, vurulan ördək növləri arasında Avropa İttifaqının (Aİ) Quş Direktivi və İtaliyanın Vəhşi Təbiəti Mühafizə Qanunvericiliyinə uyğun olaraq qorunan qırmızı ördək quşu da var.
Kiçik Trampın görüntülərindən sonra müxalif Yaşıllar və Sol Alyans (AVS) qorunan quş növlərinin vurulmasının cinayət olduğuna diqqət çəkərək, İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi naziri Gilberto Piçetto Fratindən parlamentdə məsələyə aydınlıq gətirməsini istəyib.
Sözügedən görüntülər ölkədə xəbərə çevrildikdən sonra sosial media platformasında bir çox istifadəçi Trampın kiçik bu ovu təşkil etmək üçün icazə alıb-almadığını sorğulayan şərhlər yazıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki