ABŞ prezidentliyinə namizəd və Ağ Evin keçmiş rəhbəri Donald Tramp bildirib ki, onun prezidentliyi dövründə Rusiya, Çin və ABŞ nüvə silahından tamamilə imtina edə bilər, ən azı tərəflər buna yaxındırlar.
Elchi.az xəbər verir ki o, “YouTube” kanalına müsahibəsi zamanı deyib.
“Biz nüvə silahlarından tamamilə qurtulmaq üçün saziş bağlamağa yaxın idik, bu, çox gözəl olardı”, – Tramp bildirib.
O əlavə edib ki, üç dövlət arasında təklif olunan saziş daha sonra digər ölkələrə yayıla bilər.
“Biz nüvə silahlarından qurtulmağı planlaşdırırdıq, onlar çox güclüdür, onların sayı həddən artıq çoxdur”, – ABŞ-ın keçmiş prezidenti vurğulayıb.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, Vaşinqton nüvə silahı sınaqlarını bərpa etmək qərarına gələrsə, Moskva güzgü kimi cavab verəcək. Bundan əvvəl o, ABŞ-ın eyni sınaqları həyata keçirəcəyi təqdirdə Rusiyanın nüvə sınaqları keçirəcəyini bildirmişdi.
Yeganə