image-trump-aa-2337487_1backend

Tramp Qarşılıqlı rüsumları açıqladı

ABŞ prezidenti Donald Tramp sabahdan etibarən ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və əsas tarif dərəcəsinin yüzdə 10 olacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Tramp Ağ Evdə digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcək sərəncam imzalayıb.
ABŞ prezidenti Tramp buradakı çıxışında bu günü çoxdan gözlənilən “qurtuluş günü” kimi xarakterizə edərək, “Ölkəmiz və vergi ödəyicilərimiz 50 ildən artıqdır istismar olunur, lakin bundan sonra buna icazə verilməyəcək” deyib.
Bu günün ABŞ tarixinin ən mühüm günlərindən biri olduğunu vurğulayan Tramp, “Bu, bizim iqtisadi müstəqillik bəyannaməmizdir” dedi. danışdı.
Xarici ticarət maneələrini aradan qaldıracaqlarını deyən Tramp, son nəticədə bunun daha çox yerli istehsal, daha güclü rəqabət və istehlakçılar üçün qiymətlərin aşağı düşməsi demək olacağını bildirib.
Xroniki ticarət kəsirlərini iqtisadi bir problem deyil, ABŞ-ın təhlükəsizliyini təhdid edən milli fövqəladə hal kimi xarakterizə edən Tramp bunun ölkə üçün böyük təhlükə olduğunu vurğuladı.
Tramp sabahdan etibarən ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini bildirərək, “Minimum əsas tarif dərəcəsini 10 faiz olaraq təyin edəcəyik” deyib.
Tramp həmçinin xatırladıb ki, bu gecə yarısından etibarən ölkəyə gətirilən avtomobillərə 25 faizlik gömrük rüsumu qüvvəyə minəcək.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki