image-30backend

Tramp Marsa uçuşu əsas prioritet hesab etməkdən imtina edib 

ABŞ prezidenti Donald Tramp bildirib ki, insanların Marsa uçuşu Birləşmiş Ştatların kosmosda əsas prioriteti deyil.

Elchi.az xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, Marsa missiya onun üçün maraqlıdır, lakin o, NASA-nın büdcə vəsaitinin mümkün azalması fonunda bunu birinci prioritet hesab etməkdən imtina edir.

“Bu siyahımda bir nömrədir?-yox. Bu tamamilə doğru deyil. Amma bu, bilirsiniz, bu, böyük nailiyyət olardı. Bunu edə bilsək, çox yaxşı olardı”, – Tramp martın 9-da “Fox News”-da yayımlanan müsahibənin sonunda deyib.

Yanvarda ABŞ prezidenti Marsı tədqiq etmək və planetdə ölkə bayrağını sancmaq niyyətini açıqlamışdı.

Yeganə

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki