ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla əlaqə saxlamağa söz versə də, mümkün təmasların təfərrüatlarını açıqlamayıb.
Elchi.az xəbər verir ki, Tramp andiçmə mərasimindən sonra “Fox News”-a verdiyi ilk müsahibəsində deyib ki, Kim Çen In ağıllı adamdır.
Onunla əlaqə saxlayacaqmı sualına Tramp belə cavab verib: “Mən əlaqə saxlayacam.”
2018-ci ilin iyununda Sinqapurda ilk ABŞ-KXDR sammiti keçirilib və onun nəticəsində birgə sənəd qəbul edilib. Pxenyan bundan sonra Vaşinqtonun təhlükəsizlik zəmanəti müqabilində nüvəsizləşdirmə öhdəliyini götürdü. 2019-cu ilin fevralında Hanoyda ikinci sammit keçirildi.
Bir neçə görüşdən, o cümlədən üzbəüz görüşdən sonra Tramp və Şimali Koreya lideri Kim Çen In razılığa gələ bilməyib və birgə sənəd imzalamayıb.
2019-cu il iyunun 30-da Tramp və Kim Çen In arasında üçüncü görüş KXDR ilə Koreya Respublikası arasında sərhəddəki hərbsizləşdirilmiş zonada baş tutub. 5 oktyabr 2019-cu ildə ABŞ və Şimali Koreya rəsmiləri İsveçdə işgüzar səviyyədə görüşdülər, lakin danışıqlar nəticəsiz başa çatdı.
Yeganə