image-28backend

The Economist”: Tramp Zelenskidən qurtulmaq istəyir

ABŞ prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyi ilə bağlı açıqlamaları onun Volodimir Zelenskidən qurtulmaq istədiyini göstərir.

Elchi.az bildirir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı mənbələrə istinadən yazıb.

“Görünür, Tramp heç vaxt bəyənmədiyi və çətin adam hesab etdiyi Zelenskidən yaxa qurtarmaq istəyir”, – jurnalın həmsöhbəti bildirib. “Söhbət seçkilərdən yox, Zelenskidən qurtulmaqdan gedir”,-deyə o, əlavə edib.

Jurnalın fikrincə, nəzəri cəhətdən Ukrayna Trampın Rusiya ilə sülh danışıqları aparmaq təklifini rədd etməklə hərbi əməliyyatları davam etdirə bilər, amma praktikada belə bir inkişaf Kiyevdə vəziyyətin sürətlə pisləşməsinə səbəb olacaq.

Qəzetin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin əməliyyat səviyyəsində ciddi problemləri var, strateji planlaşdırma demək olar ki, tamamilə yoxdur, cəbhə bölgəsindəki bölmələrdə kəskin kadr çatışmazlığı var, bəzi briqadaların sayı isə onların adi sayının üçdə birinə endirilib.

Jurnalda qeyd olunub ki, Trampın Ukraynaya təsir rıçaqları böyükdür. o, birtərəfli qaydada Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər və çox güman ki, Kiyevə hərbi yardımı azaldacaq və ya dayandıracaq.

Bundan əlavə, Tramp ABŞ-dan kəşfiyyat məlumatlarının axınını dayandıra və Ukrayna silahlı qüvvələri üçün Ukrayna bölmələri arasında əlaqə üçün əsas yaradan Starlink peyk terminallarını sıradan çıxara bilər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki