Bu gün “Teleqraf” Media Qrupunun fəaliyyətə başlamasının 13-cü ili tamam olur.
Elchi.az xəbər verir ki, 2012-ci ilin 1 martında “Gündəlik Teleqraf” qəzeti və Publika.az saytı ilə “Teleqraf” Media Qrupu fəaliyyətə başlayıb.
2013-cü il 19 oktyabrda “Teleqraf” Media Qrupu yeni saytını – Axar.az-ı təqdim edib.
2025-ci il fevralın 7-də “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında “Teleqraf” İnformasiya Agentliyi yaradılıb.