image-ca12b529-6427-3264-8ed9-ffdf9919dc12_850backend

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərib

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.

Elchi.az  yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Seçki və Referendum üzrə Mərkəzi Komissiyasının üzvü Məxfirət Xidirzoda bildirib.

Onun sözlərinə görə, ölkədə “Xalq deputatlarının seçkisi – 2025” mobil tətbiqi yaradılıb və fəaliyyət göstərir.

Bundan əlavə, Seçki və Referendum üzrə Mərkəzi Komissiya hələ 2024-cü ilin dekabrında vahid ümumrespublika seçki dairəsi və birmandatlı dairə komissiyaları yaradıb, həmçinin parlament seçkiləri üçün 41 birmandatlı seçki dairəsi formalaşdırıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki