image-cini-super-tayfun-vurdu-2-olu-92-yarali-4jlubackend

Super tayfun Çini vurdu: 2 ölü, 92 yaralı

Çini vuran super “Yagi” qasırğası nəticəsində 2 nəfər ölüb, 92 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, “Yagi” tayfunu Filippindən sonra Çinin cənubunu vurub. Əvvəlcə Haynan əyalətinə, sonra isə Quanqdonq əyalətinə çatan “Yagi” super tayfunu ölkədə həyata mənfi təsir göstərib. Sürəti saatda 234 kilometrə çatan külək nəticəsində ağaclar aşıb, evlərin və iş yerlərinin pəncərələri sınıb, evlərin damları uçub. Ştatda 800 mindən çox ev işıqsız qalıb.
Hainan əyalətinin Dinqan bölgəsində 2 nəfərin, Vençanq şəhərində 12 nəfərin öldüyü, Haykouda isə 80 nəfərin yaralandığı öyrənilib. Dünən Quanqdonq əyalətinin Quançjou, Şençjen və Yangjiang şəhərlərindəki məktəblərdə tədris dayandırılıb, universitetlərin başlama tarixi isə təxirə salınıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki