NATO-nun keçmiş baş katibi Yens Stoltenberq ölkənin yeni maliyyə naziri olub.
Elchi.az xəbər verir ki, Norveçin yeni kabinetinin tərkibini Norveçin baş naziri və Stoltenberqin köhnə müttəfiqi Jonas Qar Stör açıqlayıb.
Hakim koalisiyanın dağılmasından sonra Støre kabinetini dəyişməli oldu. Ötən həftə maliyyə naziri vəzifəsini tutan Trygve Vedumun rəhbərlik etdiyi Mərkəz Partiyası sosial demokratlarla əməkdaşlığa son verdiyini açıqlamışdı.
Buna səbəb mərkəzçi avroskeptiklərin müttəfiqlərin enerji siyasəti və Norveçin daxil olmadığı Avropa İttifaqı ilə yaxınlaşma proqramları ilə razılaşmaması olub.
Yeganə