Səudiyyə Ərəbistanı Çinin yardımı ilə öz ballistik raketlərini istehsal edir.
Alp.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat idarəsinə istinadən CNN məlumat yayıb.
CNN-in əldə etdiyi peyk fotoları göstərir ki, Səudiyyə Ərəbistanı ən azı bir mrkəzdə ballistik raketlər istehsal etməklə məşğuldur.
Çinin Xarici İşlər Nazirliyinin sözçülərindən biri “CNN”-ə Ərəbistan və Çin arasında ballistik raket texnologiyalarının ötürülməsi ilə bağlı suala cavab olaraq yaydığı bəyanatda iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi ticarət sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq olduğunu vurğulayaraq xatırladıb ki, bu əməkdaşlıq heç bir beynəlxalq qanunu pozmur və kütləvi qırğın silahlarına aid deyil.