image-1636185048_asbackend

ŞAD XƏBƏR: I Qarabağ müharibəsi qazilərinə sığorta ödənişi veriləcək – Tarix açıqlandı

I Qarabağ Müharibəsi zamanı xəsarət almış, lakin sığorta ödənişini almamış hərbi qulluqçulara və onların varislərinə kompensasiya ödənişi gələn il davam etdiriləcək.

Alp.az xəbər verir ki, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, gələn il bu məqsədlə büdcədən 67 milyon manat ayrılacaq.

Qeyd edək ki, bu məsələ illərdir müzakirə mövzusudur. I Qarabağ müharibəsi zamanı şəhid olmuş şəxslərin ailələri 11 min manatlıq sığorta ödənişi alsalar da, bu günə qədər I Qarabağ müharibəsi qazilərinə bu ödəniş verilməyib.

Daha əvvəl Qarabağ qazilərinə əlillik və xəsarət dərəcələrinə uyğun olaraq, 11 min manatlıq ödənişin müvafiq faizlərinin verilməsi nəzərdə tutulurdu.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki