image-1655115513_dbbackend

Rusiyanın sabiq baş nazirdən ŞOK AÇIQLAMA: “Putin özünə oxşamır…”

Rusiyanın keçmiş baş naziri, müxalifət partiyası PARNAS-ın sədri Mixail Kasyanov AFP xəbər agentliyinə müsahibə verib.

Alp.az xəbər verir ki, o, Rusiyanın Ukraynaya qarşı müharibəsinin iki il davam edəcəyini bildirib.

Bununla belə, siyasətçi hesab edir ki, gələcəkdə Rusiya demokratiya yoluna qayıdacaq.

O, həmçinin vurğulayıb ki, əksər ruslar kimi o da Rusiyanın qonşu dövlətlə genişmiqyaslı müharibəyə başlayacağına inanmayıb:

“Ancaq hərbi işğalının başlamasına üç gün qalmış Rusiyanın Təhlükəsizlik Şurasının iclasının yayımını görəndə müharibənin başlaya biləcəyini anladım. Mən o insanları görəndə başa düşdüm ki, Putin özünə oxşamır. Tibbi mənada yox, siyasi mənada”, – Mixail Kasyanov bildirib.

O, Rusiyanı müharibə ilə bağlı tərk etdiyini bir daha təsdiqləyib, lakin təhlükəsizlik baxımından yerləşdiyi ölkənin adını çəkməyib.

Mixail Kasyanov onu da vurğulayıb ki, Ukrayna Rusiya ilə müharibədə uduzsa, o zaman növbəti hücum Baltikyanı ölkələrə olacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki