image-elbrus-dagi-elbruzbackend

Rusiyada Elbrus dağında itkin düşən alpinistlərin axtarışları davam edir

Rusiyanın Kabardin-Balkar bölgəsindəki Elbrus dağında itkin düşən bir qrup alpinistin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Elchi.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Elbrusa qalxan bir qrup alpinist 5350 metr yüksəklikdə kömək istəyib.

Bundan sonra alpinistlər arasında axtarış-xilasetmə işlərinə başlanılıb. İlkin məlumatlara görə, qrupdan iki alpinist qalxma zamanı xəstələnib.

Bildirilib ki, alpinistlər yoxuşla bağlı nazirliyə məlumat verməyiblər, onların sayı isə məlum deyil.

Rusiya mətbuatına açıqlama verən səlahiyyətlilər, axtarış işləri davam edən qrupun xarici vətəndaşlardan ibarət olduğunu bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki