image-76876-1647335944backend

Rusiya generalları Ukraynada necə öldürülür? –ŞOK DETALLAR

Ukrayna mediası Rusiya ilə savaş başlayandan 14 rus generalının öldürüldüyünü yazır. Maraqlıdır ki, Rusiya mediası bu faktları təkzib etmir. Müharibə zonasında olan generalın öldürülməsi başa düşüləndir. Ancaq keçən 3 ay ərzində çoxsaylı generalın məhv edilməsi rus hərbi ekspertlərini təlaşa salıb.Alp.az xəbər verir ki,  rusiyalı  hərbi ekspert Viktor Leonkov mətbuata açıqlamasında bildirib ki, burada Qərbin Ukraynaya verdiyi radioəlaqələr əsas rol oynayır.

“Rusiyalı generalların və yüksək rütbəli zabitlərin yerlərini Qərb və ABŞ kəşfiyyatı Ukraynaya ötürür. Bu isə onların açıq hədəfə çevrilməsinə səbəb olur.”- deyə rusiyalı ekspert bildirib.
“Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin zərbəsi zamanı işğalçıların iki generalı öldürülüb, onlardan biri bölgənin Rusiyaya birləşməsi ilə bağlı “referendum”un təşkilinə cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin generalı olub”.

Qeyd edək ki, bu gün  Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımında daha iki məşhur rusiyalı generalın öldürüldüyünü açıqlayıb ki, bu da indiyədək 16 rus generalın məhv edilməsi anlamına gəlir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki