image-64ed7a57-f420-4486-b0c8-bc9d12961bd4_w1023_r1_sbackend

Rusiya: Bölgələrimiz üzərində 83 Ukrayna İHA-nı vurduq

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Rusiya bölgələri üzərində Ukraynaya məxsus 83 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.
Elchi.az-ın xəbərinə görə, Nazirlik açıqlamasında bildirib ki, Ukrayna ordusu gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum edib.
Açıqlamada 83 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 37-nin Bryansk, 24-nün Kursk və Lipetsk, 9-unun isə Tver vilayəti üzərində vurulduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, PUA-nın Belqorod, Kaluqa, Smolensk və Voronej vilayətlərinə edilən hücumları da dəf edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki