image-53c1d90c-2b79-3ecb-8ce2-841994614e3c_850backend

Qravina növbəti dəfə İtaliya Futbol Federasiyasının prezidenti seçildi

İtaliya Futbol Federasiyasının prezidentliyinə seçkilərdə hazırkı prezident Qabriele Qravina növbəti dəfə seçilib.
Elchi.az bu barədə “Football Italia” nəşrinə istinadən xəbər verir.
Paytaxt Romadakı oteldə keçirilən İtaliya Futbol Federasiyasının Baş Assambleyasında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantino və Avropa Futbol Assosiasiyaları İttifaqının ( UEFA ) prezidenti Aleksander Çeferin də iştirak edib.
İtaliya Futbol Federasiyasının Baş Assambleyasında səsverməyə yeganə namizəd kimi daxil olan hazırkı prezident Qravina səslərin 98,7 faizini toplayaraq yenidən prezident seçilib.
Prezident Qravina ilk gündən həyəcanını qoruduğunu və onun adı ilə bağlı geniş konsensusla namizədliyi ilə bağlı qeyd-şərtlərin aradan qaldırıldığını bildirib.
Qravina bildirib ki, yenidən bu vəzifəyə seçilməyin qürur və şərəf mənbəyidir.

Nuranə Məmmədova 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki