İsrailin 471 günlük fasiləsiz hücumlarından sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda dağıntılar altından çıxarılan 8-i 11 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.
Elchi.az xəbər verir ki, Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi, İsrail və HƏMAS arasında atəşkəsin 22-ci günündə İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı paylaşıb.
Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 11 ölü və 10 yaralı daxil olub. Həyatını itirənlərdən 8-nin dağıntılar altından çıxarıldığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 48 min 219 nəfərə, yaralıların sayı isə 111 min 665 nəfərə yüksəlib.
Nuranə Məmmədova