image-01000000-0aff-0242-6f5c-08dc6ada6ec8_cx0_cy5_cw0_w1080_h608_sbackend

Qəzza məsələlərini idarə etmək üçün komissiya yaradılıb

Bildirilib ki, Fələstin prezidenti Mahmud Abbasın göstərişi ilə Qəzza zolağına rəhbərlik etmək üçün komissiya yaradılıb.
Elchi.az xəbər verir ki, Fələstinin Baş naziri Məhəmməd Mustafa həftəlik hökumət iclasında etdiyi çıxışında Fələstin torpaqlarının birliyini vurğulayıb və Prezident Abbasın göstərişi ilə Qəzza zolağının idarə olunması üçün bir komissiya qurduqlarını bildirib.
Keçən oktyabr ayında yenidənqurma üçün müxtəlif beynəlxalq və Birləşmiş Millətlər Təşkilatının (BMT) qurumları ilə koordinasiyalı bir milli komanda qurduqlarını ifadə edən Mustafa, “Hökumət, Qəzzada sahəyə təcili müdaxilələr üçün qurduğu əməliyyat otağı vasitəsilə və koordinasiyalı olara, müxtəlif tərəfdaşlarla birlikdə su, elektrik enerjisi, səhiyyə xidmətləri göstərir və təhsil də daxil olmaqla mümkün qədər çox vacib xidmətləri təmin etməyə çalışır,- deyə bildirib.
2023-cü il oktyabrın 7-dən atəşkəsin qüvvəyə mindiyi 19 yanvara qədər İsrailin Qəzza zolağına etdiyi hücumlarda 61 mindən çox insan həyatını itirib, o cümlədən dağıntılar altında itən 14 mindən çox insan.
İsrail ordusunun 471 günlük hücumu zamanı Qəzza zolağında evlər və obyektlər də daxil olmaqla infrastrukturun 88 faizi məhv edilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki