image-fb64443f-00d0-3697-b670-2316166182d9_850backend

Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir

Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsinin 18 sərnişini Manqıstau vilayət xəstəxanasında qalır.

Elchi.az-ın Qazaxıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə xəstəxananın tibbi xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Janar Baymanova məlumat verib.

“Onlardan beşi reanimasiyadadır – dördü ağır vəziyyətdə, bir qadın isə son dərəcə ağır vəziyyətdədir”, – deyə o bildirib.

J.Baymanovanın sözlərinə görə, sərnişinlərdə ən çox rast gəlinən xəsarətlər sınıqlar, qarın boşluğu, ağciyər travmaları, həmçinin açıq və qapalı kəllə-beyin travmalarıdır.

Ümumilikdə, təyyarə qəzasından sonra xəstəxanaya 27 nəfər yerləşdirilib.

“Onlardan səkkiz böyük və bir uşaq Rusiyaya köçürülüb, qalanları – Azərbaycan və Qırğızıstan vətəndaşları bizim xəstəxanada qalırlar”, – deyə o əlavə edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki