image-kazakistan-3-bin-yillik-altin-aa-2280936_1backend

Qazaxıstanda 3 min illik qızıl əsərlər sərgilənir

Qazaxıstanın şərqindəki Altay dağları bölgəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılan Saka dövrünə aid təxminən 3 min illik qızıl əşyalar paytaxt Astanada sərgilənir.
Elchi.az xəbər verir ki, Astanada Qazaxıstan Milli Muzeyində “Ulu Dala Qızılı (Böyük Çöl Qızılı)” mövzusunda sərgi ziyarətçilərin ixtiyarına verilib.
Sərgidə Altay dağları bölgəsində aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan, əksəriyyəti Saka (İskitlər) və Qərbi Göktürk Xaqanlığı dövrünə aid olan 2500-ə yaxın tarixi əsər yer alır.
Təxminən 3 min il əvvəl saklar dövründə yaşamış sənətkarların qızıldan hazırladıqları əsərlər naxışları və mirvari tikmələri ilə göz qamaşdırır.

Kazakistan'da 3 bin yıllık altın eserler sergileniyor
Məşhur qazax arxeoloqu Prof. Dr. Sərgidəki əsərlərin ən qədiminin 3 min il, ən yenisinin isə 1000 il əvvəl xalis qızıldan hazırlandığını bildirən Zeynolla Samaşev, “Əsərlər qızıl istehsalının və texnikasının bu torpaqlarda ən yüksək səviyyəyə çatdığını göstərir” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki