Rusiya Prezidenti: “Danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük”
Rusiya müharibə istəmir, ona görə də Avropada bərabər təhlükəsizliyi təmin etmək üçün danışıqlar aparmağı təklif edir.
Alp.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Rusiya lideri “Deutsche Welle”nin Avropada müharibə ehtimalını istisna edib-etmədiyinə dair sualına cavabında “Biz bunu istəyirik, yoxsa yox? Təbii ki, yox”, – deyə vurğulayıb.
“Danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük ki, bunun nəticəsi hamı, o cümlədən ölkəmiz üçün bərabər təhlükəsizliyin təmin edilməsinə dair razılaşma olmalıdır”, – Putin izah edib.
Putinin sözlərinə görə, Moskva dialoqun bu şəkildə inkişaf edəcəyini gözləyir.