Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfəri 2024-cü il noyabrın 27-də baş tutacaq.
Elchi.az xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Astanada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
Lavrov Qazaxıstana iki gün – noyabrın 6 və 7-də işgüzar səfərlə gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmkarı ilə görüşdən əlavə, Astanadakı universitetlərdən birinin müəllim və tələbələri ilə də görüşməyi planlaşdırır. Tərəflər Rusiya liderinin noyabrın sonunda gəlişinə xüsusi diqqət yetirəcəklər. Bundan əvvəl Putin Pakistan rəhbəri ilə qarşılıqlı səfər üçün dəvət mübadiləsi aparıb.
Yeganə